“Everton” və “Nant”dan “Sent Etyen”ə

“Nant” yarımmüdafiəçisisi Abdul Kader Bambanı “Sent Etyen”ə icarəyə göndərib.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı vinger bu mövsümün sonunadək 2-ci liqa təmsilçisində oynayacaq. Fransız futbolçu 2018-ci ilin yayından “Nant”da çıxış edir. Sol cinah vingeri bu komandada 69 oyuna çıxıb, 6 qol vurub. O, “Amyen” və “Le Man”da da çıxış edib.

“Sent Etyen” İngiltərənin “Everton” klubunda çıxış edən Nils Nkunkunu da icarəyə götürüb. 22 yaşlı sol cinah müdafiəçisi də bu mövsümün sonunadək icarədə oynayacaq.

Nkunku Marsel “Olimpik”inin yetirməsidir. O, 2020-ci ilin iyulunda “Everton”a transfer olunub. Fransız futbolçu “Standard” (Lyej) və “Kardiff Siti”də də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button