Ermənistan millisinin yeni baş məşqçisi məlum oldu

Futbol üzrə Ermənistan milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, millini bundan sonra Xoakin Kaparros çalışdıracaq. Bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

64 yaşlı mütəxəssislə 2021-ci ilin dekabrınadək nəzərdə tutulan müqavilə imzalanıb. Mütəxəssisin son iş yeri “Sevilya” klubu olub. İspan mütəxəssis ilk dəfə milli komanda çalışdıracaq.

Kaparros bu vəzifədə fevralda istefa verən Abraham Haşmanyanı əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button