“Enfild Roud”dan canlı çıxmağın başqa yolu yoxdur” – Ançelotti

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Liverpul”la 1:1 hesablı bərabərliyə razılaşan “Napoli”nin baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, yaxşı nəticə əldə etdiklərini bildirib:

“Burda heç-heçə etmək asan deyil. Böyük təzyiq altında oynadıq və geri çəkilməyə məcbur olduq. “Enfild Roud”dan canlı çıxmağın başqa yolu yoxdur. Biz bunu bacardıq, bu, vacibdir. “Liverpul” möhtəşəm keyfiyyətə malik komandadır.

Bu oyunumuza deyil, A Seriyasında göstərdiyimiz oyunlara təəccüblənirəm. Bunun üzərində çalışmağımız lazımdır. Futbolda hər zaman çətin anlar olur, amma biz doğru yoldayıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button