
Elçin Səmədli dünya çempionatının ilkin mərhələsinə təyinat alıb
Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.
Bu barədə Komanda.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
O, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək. Səmədli aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.
C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



