“Əl-Nəsr” Ronaldonu saxlamaq üçün plan hazırlayır

Saudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu hücumçusu Kriştiano Ronaldonun 2027-ci ilin yayında komandadan ayrılmasının qarşısını almaq üçün planlar hazırlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub portuqaliyalı futbolçunu ölkədə saxlamaq üçün onun “Əl-Nəsr”dəki payını 15 faizə qədər artırmağı təklif edə bilər.

Liqa rəhbərliyi Ronaldo ayrılarsa, qlobal marağın kəskin azalmasının qarşısını almaq üçün tədbirlər görməyi planlaşdırır.

40 yaşlı futbolçu 2023-cü ildə azad agent kimi “Əl-Nəsr”ə keçib. O, cari mövsümdə 20 oyunda iştirak edib, 17 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button