Ederson və Kazemiro millinin oyunlarını buraxacaqlar

Braziliya millisinin qapıçısı Ederson və yarımmüdafiəçisi Kazemiro yığmanın qarşıdakı yoldaşlıq oyunlarını buraxacaqlar.

Komanda.az millinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ederson və Kazemirodan başqa, müdafiəçi Markinyos və hücumçu Qabriel Martinelli də siyahıdan çıxarılıb.

Edersonun əvəzinə Braziliya millisinə qapıçı Leo Jardim çağırılıb.

Braziliya millisi mart ayında iki yoldaşlıq oyunu keçirəcək: İngiltərə (23 mart) və İspaniya yığması (26 mart) ilə. Braziliyalılar hər iki oyunu səfərdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button