Edeqor “Arsenal”dan ayrıla bilər

Norveçli yarımmüdafiəçi Martin Edeqor “Arsenal”dan ayrılmaq variantını nəzərdən keçirir.

Komanda.az “Topskills Sports UK”-a istinadən xəbər verir ki, bu qərarın səbəbi komandanın baş məşqçisi Mikel Arteta ilə gərgin münasibətdir.

Edeqorla Arteta arasında qarşılıqlı anlaşılmazlıq getdikcə böyüyür. Fərziyyələrə görə, 27 yaşlı futbolçu klubu tərk edə bilər və onun transferi ilə “Bayern”lə “İnter” maraqlanır. Proqnozlara görə, keçid təxminən 92 milyon avroya başa gələ bilər.

Edeqor 2021-ci ildən “Arsenal”ın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 24 oyunda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button