Prezident təkzib etdi – “Onunla heç vaxt maraqlanmamışıq”

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi rusiyalı hücumçu Artem Dzyubanın mümkün transferini təkzib edib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti, Dzyuba ilə heç vaxt maraqlanmadıqlarını deyib:

“Xeyr, Dzyuba ilə müqavilə bağlamaq fikrimiz yoxdur. Baxmayaraq ki, onun sosial şəbəkədə stadionumuzla bağlı videosu var. Onunla heç vaxt maraqlanmamışıq”.

Artem Dzyuba sosial şəbəkədə “Beşiktaş”ın stadionunu əks etdirən video yayımlayıb.

Bizi Telegramda izləyin