
DÇ-2026: “Bəzən ziddiyyətli hisslər yaranır”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Avstriya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, bu gün saat 21:00-da start götürəcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında çıxış edən Skaloni, məşqçilər heyətinin mundialdakı bütün oyunları yaxından izlədiyini bildirib:
“İmkan olduqca bütün matçlara canlı baxmağa çalışırıq. Məsələn, Enzo Fernandes jurnalistlərin suallarını cavablandırarkən mən Kabo-Verde – Uruqvay oyununa baxırdım. Fərqli futbol üslublarını izləyəndə hər zaman yeni nəsə öyrənmək mümkündür. Daim təhlil aparırsan. Biz tamamilə turnirə köklənmişik, amma bəzən ziddiyyətli hisslər yaranır. Dünya çempionatının hazırda hansı istiqamətdə inkişaf etdiyini anlamaq çətindir”.
Argentina millisi mundialdakı ilk oyununda Əlcəzair yığmasını 3:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmada komandanın kapitanı Lionel Messi het-trikə imza atıb.
Bizi Facebook-da izləyin



