Dünya çempionatına 3 güləşçi ilə

İyulun 19-dan 25-dək Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək.

Komanda.az xəbər verir ki, mundialda ölkəmizi 3 qız güləşçi təmsil edəcək.

Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında məsul yarışda Elvina Kərimzadə (40 kq), Ruzanna Məmmədova (46 kq) və Nərgiz Səmədova (49 kq) mübarizə aparacaq.

Qeyd edək ki, qız güləşçilər iyulun 21-dən 23-dək DÇ-də çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button