Dubla imza atdı, millinin ən yaxşı bombardirinə çevrildi

Futbol üzrə Venesuela yığması ABŞ ilə yoxlama oyununda 3:0 hesablı qələbəyə sevinib.

Komanda.az xəbər verir ki, bu oyun venesuelalı hücumçusu Salomon Rondon üçün əlamətdar olub.

Belə ki, o, komandasının qələbəsində dublla pay sahibi olub. Bu iki qol isə 29 yaşlı forvardı həm də yığmanın ən yaxşı bombardirinə çevirib. Hazırda Rondonun hesabında 24 qol var.

Venesuela yığmasında daha öncəki bombardir Xuan Aranqo idi. Onun hesabında 23 qol var.

Müqavilə ilə “Vest Bromviç”ə məxsus olan Rondon, 2018/19 mövsümündə icarə əsasında “Nyukasl”da çıxış edib. O, İngiltərə Premyer Liqasında geridə qalan mövsümdə 32 oyuna çıxıb, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button