Donnarummanı sevindirəcək – yeni baş məşqçi

Canluici Donnarumma gələn mövsüm PSJ-nin əsas qapıçısı olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. Kristof Qaltenin komandaya baş məşqçi təyin olunmasından sonra 23 yaşlı italiyalı qolkiper, eləcə də, müdafiəçilər Əşrəf Hakimi və Markinyos, yarımmüdafiəçi Marko Verratti, hücumçular Lionel Messiylə Kilian Mbappe hər zaman start heyətində yer alacaqlar.

Donnarumma ötən mövsüm Liqa 1-də 17, komandadakı digər qapıçı Keylor Navas isə 21 matçda iştirak edib.