“Doğma stadionla belə vidalaşmaq istəməzdik” – Sənan Qurbanov

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna ciddi hazırlaşmışdıq. Futbolçular məşqlərdə istəkli idilər. Oyunda da sonadək mübarizə apardılar. Əslində danışılası elə bir şey yoxdur. “Sabah”la xal fərqinin açılmaması üçün bu görüş vacib idi. Təəssüf ki, uduzduq. Amma qarşıda oyunlar var. Həmin matçlara köklənəcəyik.

Bakıdan pis təəssüratla ayrılırıq. Bu, “ASK Arena”da son oyunumuz idi. Doğma stadionla belə vidalaşmaq istəməzdik. Ümid edək ki, “Şamaxı” adı bizim üçün düşərli olar. Ən azından qol vurarıq. Epizodları dəyərləndirə bilmirik. Sanki üzərimizdə lənət var.

Şamaxıya ev oyunlarından bir gün öncə gedəcəyik. Hələlik belə məskunlaşacağıq. Şamaxı Olimpiya Kompleksində qalacağıq. Ondan sonra bizə ətraflı məlumat veriləcək. Oraya gedib baxmağı planlaşdırırıq. Rəhbərlikdən gedən olub. Bilirsiniz ki, meydança yenidir. Məşq etməyə ehtiyac var. Qalacağımız yerə də baxıblar. Hər şey qaydasındadır.

Bu il ilk dəfə meydana çıxan Amil Yunanov inandığımız futbolçudur. Məşqləri buraxmır, hazırlaşır. Bu gün şans qazandı. Yaxşı olardı ki, qol vursun. Amma meydanda hərəkətli idi. Qol epizodları yaratmağa çalışırdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button