Dinini dəyişmişdi – İndi də adını dəyişdi

“Arsenal”ın futbolçusu Tomas Partey mərakeşli Sara Bella ilə evləndikdən sonra adını dəyişib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi özünə Yakubu adını götürüb. Amma Partey “topçular”ın heyətində əvvəlki adı ilə çıxış edəcək.

Qananın şərqində, xristian ailəsində böyümüş Partey bu ilin əvvəlində İslam dinini qəbul etmişdi.

Tomas Partey “Arsenal”a 2020-ci ildə “Atletiko”dan keçib. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna çıxıb və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button