“Dinamo”dan Konfrans Liqasında Mahirsiz qələbə

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində beşinci oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan klubu “Astana”nın qonağı olub.

Oyun “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Emreli bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Dinamo” hazırda 6 xalla qrup ikincisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button