“Dinamo” Mahir Emreliyə komanda axtarır

“Dinamo” (Zaqreb) klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə komanda axtarır.

Komanda.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi 26 yaşlı hücumçunun çıxışından razı deyil.

Baş məşqçi Sergey Yakiroviç bir neçə futbolçunun onun oyun fəlsəfəsinə uyğun olmadığını düşünür ki, onların bəzilərinin qış, bəzilərinin isə yay fasiləsində yola salınmasının tərəfdarıdır. Bosniya və herseqovinalı mütəxəssisin “qara siyahı”sında yer alan futbolçulardan biri də Emrelidir.

Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button