“Dinamo” Mahir Emrelini transferə çıxaracaq

“Dinamo” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelini transferə çıxaracaq.

Komanda.az xəbər verir ki, bu barədə yerli “slobodnadalmacija.hr” saytı məlumat yayıb.

Bildirilib ki, Zaqreb təmsilçisi qış fasiləsində bir neçə futbolçusunu satmağı planlaşdırır ki, onlardan biri də Emrelidir. 26 yaşlı hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçi qane etmir.

Emrelinin Xorvatiya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button