Del Pyero: “Qalatasaray” əla çıxış etdi”

“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda doğma meydanda “Yuventus”u 5:2 hesabı ilə darmadağın edib.

Qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. Turin təmsilçisi 49-cu dəqiqəyə qədər 2:1 hesabı ilə önə keçsə də, daha sonra oyun nəzarətdən çıxıb və komanda qapısında ardıcıl dörd qol görüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra “Yuventus”un sabiq kapitanı Alessandro Del Pyero məğlubiyyətə münasibət bildirib:

“Luçano Spalettinin planlaşdırdığı hər şey uğursuz alındı. Bu isə o deməkdir ki, “Yuventus” ən yaxşı oyununu göstərməyəndə hər dəfə böyük risklə üz-üzə qalır. Komanda sadə səhvlərlə özünü çətin vəziyyətə salır və rəqib də bunu dərhal cəzalandırır. Oyunlar məhz belə uduzulur. “Qalatasaray” əla çıxış etdi”.

Tərəflər arasında cavab qarşılaşması fevralın 25-də Turində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button