Laporta açıqladı: Kanselo “Barselona”ya gəlir

“Barselona”nın prezidenti Xuan Laporta yaxın vaxtlarda portuqaliyalı müdafiəçi Joao Kanselonun transferinin rəsmiləşəcəyini açıqlayıb.

Kataloniyalılar 31 yaşlı futbolçunu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan cari mövsümün sonunadək icarəyə götürəcək. Klub Kanselo uğrunda mübarizədə “İnter”i qabaqlamağı bacarıb.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Laporta transferlə bağlı açıqlamasında bunları deyib:

“Kanselo sabah gələcək və tibbi müayinədən keçəcək. O, bizimlə olacaq. Bu, Deku (“Barselona”nın idman direktoru) üçün növbəti uğurdur. Transfer bazarında futbolçu cəlb etmək heç də asan deyil, ancaq idman direktorumuza əla işinə görə təşəkkür edirəm”.

Kanselo 2023/24 mövsümündə də icarə əsasında “Barselona”nın formasını geyinmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button