“Yuventus”un argentinalı futbolçunu almaq planı baş tutmadı

“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo de Paul qış transfer pəncərəsində “Yuventus”a keçməyəcək.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, İtaliya klubu həm “Atletiko”, həm də argentinalı futbolçunun özü ilə əlaqə saxlayıb. Lakin Madrid klubu De Paulu satmaq barədə fikrini dəyişib. Çünki o, bu yaxınlarda komandanın vacib oyunçusu statusuna qayıdıb və “Atletiko” yarımmüdafiəçini itirmək istəmir.

29 yaşlı futbolçu 2021-ci ilin iyulunda “Udineze”dən “Atletiko”ya keçib. Onun transfer məbləği 35 milyon avro olub. Oyunçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm De Paul 19 oyun keçirib və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button