DÇ-2026: Paraqvay ilk oyunda heç-heçə edib

Syudad-del-Este şəhərinin “Antonio Aranda” stadionunda 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ilk oyunu başa çatıb.

Komanda.az xəbər verir ki. Cənubi Amerikada keçirilən seçmə mərhələ çərçivəsində Paraqvay millisi evdə Peru ilə heç-heçə edib – 0:0.

İlk hissənin sonunda qonaq komandanın futbolçusu Luis Advinkula ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. 2023-cü ilin sentyabrında ilk iki tur keçiriləcək və turnir 2025-ci ilin sentyabrında başa çatacaq.

Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq turnirdə 48 komanda çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button