DÇ-2026: “Bir məşqçi kimi su fasilələrini bəyənirəm”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatında tətbiq olunan su fasilələri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, bu fasilələrin məşqçi baxımından faydalı olduğunu, ancaq oyunun axıcılığına mənfi təsir göstərdiyini deyib:

“Bir məşqçi kimi bu fasilələri bəyənirəm, çünki komandanı bir yerə toplamaq və oyuna təsir etmək imkanı yaranır. Amma ümumilikdə, futbolu daha çox hissələrin birnəfəsə keçdiyi zaman sevirəm. Bu, oyunun bir hissəsidir və müəyyən impuls (temp) yaradır. Fasilələr olduqda həmin tempi qorumaq çətinləşir.

Fasilə olmayanda futbolçular və komandalar arasındakı mübarizə dayanmadan davam edir. Bu da bizim gözəl oyunumuzun xarakterini daha da artırır”.

2026-cı il dünya çempionatında isti hava şəraiti səbəbindən hər hissənin ortasında üç dəqiqəlik məcburi su fasilələri tətbiq olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button