
DÇ-2026: Əlcəzair – Avstriya matçında 6 qol vuruldu
Futbol üzrə dünya çempionatında Əlcəzair Avstriya ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Kanzas stadionunda baş tutan J qrupunun 3-cü turunun matçında məhsuldar heç-heçə qeydə alınıb – 3:3.
Əlcəzairin qollarını Riyad Mahrez (60, 90+3) və Rafik Belqali (45) vurublar. Avropa təmsilçisində isə Marko Arnautoviç (28), Marsel Zabitçer (55) və Saşa Kalaydziç (90+6) dəqiq zərbə müəllifi olublar.
Qrupu ikinci sırada tamamlayan Avstriya 1/16 finalda İspaniya ilə qarşılaşacaq. Ən yaxşı üçüncülər sırasına düşməyi bacaran Əlcəzair isə İsveçrə ilə üz-üzə gələcək.
Bu matçla eyni vaxtda keçirilən İordaniya – Argentina oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinin oyunlarına yekun vurulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



