Portuqaliya millisində növbəti itki – heyətdə dəyişiklik edildi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Azərbaycanla qarşılaşacaq Portuqaliya yığması növbəti itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, millinin müdafiəçisi Pepe sıradan çıxıb. Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 38 yaşlı müdafiəçi “Portu”nun heyətində Premyer Liqada “Portimonense”yə qarşı keçirdikləri oyunda zədələnib.

Portuqaliya yığmasında Pepe heyətdən çıxarılıb və onun əvəzinə milliyə “Sportinq”dən Neto dəvət olunub.

Portuqaliya millisi martın 24-də, İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda Azərbaycanla qarşılaşacaq.

Portuqaliya millisində bundan əvvəl qapıçı Rui Patrisio heyətdən çıxarılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button