DÇ-2022: Messidən yeni rekord

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, 35 yaşlı hücumçu buna DÇ-2022-də Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.

Ümumilikdə 8-ci dəfə bu mükafata sahib çıxan Messi Avstraliya ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı mundialda onun hesabında 3 qol və 1 məhsuldar ötürmə var.

Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button