DÇ-2022: Xorvatiya dünya üçüncüsü oldu

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 3-cü yer uğrunda oyun keçirilib.

Komanda.az xəbər verir ki, bürünc medal uğrunda matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər. “Xəlifə” stadionunda keçirilən oyunu qətərli FİFA referisi Əbdülrəhman Əl-Cassim idarə edib.

Xorvatiya millisi qələbə qazanacağı halda tarixində ikinci dəfə dünya üçüncüsü olacaqdı. Onlar ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək, bu titula sahib çıxmışdılar.

Mərakeş isə tairixində ilk dəfə mundialda bürünc medallar uğrunda mübarizə aparıb. Üç qolun qeydə alındığı matç məhz xorvatların qələbəsiylə yekunlaşıb.

Dünya çempionatına dekabrın 18-də Argentina və Fransa komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.

DÇ-2022, 3-cü yer uğrunda oyun

17 dekabr

Xorvatiya – Mərakeş 2:1
Qol: Yoşko Qvardiol, 7. Mislav Orşiç, 42 – Əşrəf Dari, 9.
Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)
“Xəlifə” stadionu

Xorvatiya: 1. Dominik Livakoviç, 2. Yosip Stanişiç, 4. İvan Perişiç, 7. Lovro Mayer, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 14. Marko Livaya, 18. Mislav Orşiç, 20. Yoşko Qvardiol, 24. Yosip Şutalo.
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 4. Sofyan Amrabat, 7. Hakim Ziyeş (k), 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf Ən-Nəsir, 18. Vavad Əl-Yamiq, 20. Əşrəf Dari, 23. Bilal Əl-Xannus, 25. Yəhya Attiat-Alla.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button