Levandovski Peleni keçdi

Polşa millisinin futbolçusu Robert Levandovski yeni uğura imza atıb.

DÇ-2022-nin Fransa (1:3) ilə pley-off matçında penaltidən fərqlənən hücumçu yığmadakı qollarının sayını 78-ə çatdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bununla da, milli komandalarda vurulan qol sayında braziliyalı hücumçu Peleni (77) keçib.

Polşalı forvard hazırda iraqlı Husseyn Səidlə birlikdə 9-10-cu yerləri bölüşdürür.

Siyahıya Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo başçılıq edir (118 qol). İran millisinin Azərbaycan əsilli sabiq oyunçusu Əli Daei (109 qol) ikinci, argentinalı futbolçu Lionel Messi üçüncü yerdədir (94 qol).

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button