DÇ-2022: Fodenlə Keyn üçün əlamətdar oyun

İngiltərə millisinin futbolçusu Fil Foden son 24 ildə dünya çempionatının pley-off matçında iki məhsuldar ötürmə verən ən gənc oyunçu olub.

Komanda.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Seneqal üzərində 3:0 hesablı qələbəyə iki assistlə töhfə verərək bunu bacarıb.

22 yaş 190 günlüyündə bu göstəriciyə imza atan Fodenə qədər ən gənc yaşda bunu bacaran futbolçu Braziliya yığmasının sabiq hücumçusu Ronaldo olub. “Yekədiş” DÇ-1998-in pley-offunda iki məhsuldar ötürmə verəndə 21 yaş 284 günlüyündə olub.

Harri Keyn isə qarşılaşmada fərqlənməklə böyük turnirlərdəki qol sayını 11-ə çatdırıb. Dünya çempionatlarında 7, Avropa çempionatlarında isə 4 top vuran hücumçu bu göstərici ilə yeni rekord müəyyənləşdirib. O, 10 qolla ingilislərin ən məhsuldar futbolçusu olan Qari Linekeri qabaqlayıb.

Xatırladaq ki, İngiltərə millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 10-da Fransa ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button