DÇ-2022-də oynayan futbolçunu qovurlar: Səbəb… – FOTO

Almaniyanın “Hannover” klubunun və Kamerun millisinin Rusiya pasportlu futbolçusu, dünya çempionatında Rusiyanın bayrağının əks olunduğu butslarda çıxış edən Qael Onduanı yəqin xatırlayanlar var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, DÇ-2022-nin keçirildiyi Qətərdən qayıtdıqdan sonra yarımmüdafiəçi klubda bir dəfə də olsun oyun keçirməyib və məşqlərdən kənarlaşdırılıb. Ondua iddia edir ki, onun problemləri “Hannover” rəhbərliyinin rusofobiyası ilə bağlıdır.

Buna cavab olaraq klub rəhbərliyi futbolçunu yalançı adlandırıb və ictimaiyyətin şikayətlərinə görə müqaviləyə xitam vermək niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button