Abubakar bunu bacaran üçüncü futbolçu oldu

Kamerun millisi DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun matçında Braziliya yığmasını (1:0) məğlub edib.

Qələbə qolunu matçın sonunda Vensan Abubakar vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, hücumçu dünya çempionatları tarixində Braziliyaya qol vuran üçüncü afrikalı futbolçu olub.

Əvvəlki qolları DÇ-2010-da Fil Dişi Sahilinin hücumçusu Didye Droqba və DÇ-2014-də kamerunlu müdafiəçisi Joel Matip vurub.

G qrupunda Kamerun millisi üçüncü yeri tutub və DÇ-2022-də mübarizəni erkən dayandırıb. Braziliya və İsveçrə yığmaları isə pley-offa vəsiqə qazana bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button