“Bayern” keçmiş futbolçusu ilə anlaşıb

“Bayern”in sabiq müdafiəçisi Dante yenidən Münhen klubuna qayıdır. O, bu dəfə Almaniya təmsilçisində məşqçi kimi fəaliyyət göstərəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə Münhen klubu artıq müqavilə imzalayıb.

Planlara əsasən, Dante U-23 komandasının baş məşqçisi olacaq və eyni zamanda, klubun gənclər sistemi ilə də işləyəcək. O, bu vəzifədə Holqer Setsi əvəz edəcək.

42 yaşlı oyunçu məşqçiliyə yayda, futbolçu karyerasını başa vurduqdan sonra başlayacaq. O, 2012-2015-ci illərdə “Bayern”də çıxış edib.

Zaman-zaman “Yuventus”, “Lill”, “Şarlerua”, “Standard”, Münhenqladbax “Borussiya”sı və “Volfsburq”un formasını geyinən futbolçu, karyerasını hazırda “Nitsa”da davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button