“Daim fərqli heyətlə oynamaq çətindir” – Levandovski

“Barselona”nın hücumçusu Robert Levandovski komandasının Çempionlar Liqasında “İnter”lə oyundakı (3:3) çıxışını şərh edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, polşalı futbolçu “Barsa”da sabitlik çatışmadığını deyib:

“Daha çox qol vurmaq istəyirdik ki, bəzən müdafiəni və “İnter”in əks-hücumlarını unudurduq. Onlar da çox asanlıqla məqsədlərinə çatdılar və qol vəziyyətləri yaratdılar. “Barsa”da son vaxtlar çoxlu zədələr var, daim fərqli heyətlə oynamaq çətindir. Bizdə sabitlik çatışmır və bəlkə də, buna görə belədir.

“İnter”ə üç qol vurduq, amma eyni sayda qol buraxdıq. Qələbə qazana bilmədiyimiz üçün məyus olduq. Bəzən soyuqqanlılığımız yox idi”.

“Barselona” ÇL-də 4 turdan sonra 4 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və ikinci yerdəki “İnter”dən 3 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button