“Daha çox işləməliyik” – Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 2:1 hesablı qələbə haqda bunu deyib:

“Birinci hissədə “Neftçi”nin performansı çox gözəl idi. Bizim həddən çox fürsətlərimiz var idi. 60-cı dəqiqəyə qədər yaxşı oynadıq. Ondan sonra isə əsas rolu psixologiya oynadı. Hesab 2:0 olduqdan sonra futbolçular yavaşladılar. Həmin 60 dəqiqə ərzində yalnız bir təhlükəmiz oldu. Bu futboldur. Belə şeylər olur. Biz daha çox işləməliyik, oyunçularımızın daha yaxşı olması üçün çalışmalıyıq. Sevinirəm ki, kapitanımız geri döndü. Bu gün o, belə zədəylə yaxşı oyun göstərdi. O, bizim dayaq nöqtəmizdir.

Mən təzyiq hiss etmirəm, amma görürəm ki, dərəcə artır. Düşünürəm ki, oyunçular bunu başa düşməlidir. Bundan sonrakı bütün oyunlar kubokun finalı kimidir. Bizim bu ay oynayacağımız bütün rəqib komandalar eyni şeyi istəyir, “Zirə” də, “Qarabağ” da. Hər birinə hörmət edirik və hazırlaşırıq. Çıxıb oynayacağıq və yekun nəticəni görəcəyik.

Mən mətbuatı oxuyanda bəzən gülürəm. Onlar haqda nəsə demək istəmirəm. Abubakar komanda oyunçusudur. Siz bilisiniz ki, onun zədəsi olmuşdu. O, 3 həftə idi ki, məşqlərə qatılmırdı. Əvvəlki fiziki vəziyyəti 5 gün içində qazanması mümkün deyildi.

Mənim tək məqsədim “Neftçi”dir. “Neftçi”dəki bütün hədəflərimə çatmağımı düşünürəm. Bizim nə qədər məsafə qət etdiyimizi görürsünüz. Uşaqlara təşəkkür etmək istiyirəm ki, bunu anlayırlar və məşqlərə peşəkar yanaşırlar. Həmçinin, klub rəhbərliyinə də təşəkkür edirəm ki, oyunçulara yaxşı motivasiya verirlər”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button