Daha 2 paracüdoçu qran-pridə finala yüksəlib

Azərbaycanın daha bir paracüdoçusu Misirin İsgəndəriyyə şəhərində keçirilən qran-pridə finala yüksəlib.

Komanda.az xəbər verir ki, qadınların yarışında Xanım Hüseynova (70 kq, J2) bu raundadək bütün rəqiblərinə qalib gəlib.

30 yaşlı idmançı Tokio 2020 Yay Paralimpiya Oyunlarının qalibi olub.

Daha əvvəl İlham Zəkiyev də həlledici görüşə vəsiqəni təmin edib.

Ötən gün (73 kq J2) Namiq Abaslı qızıl medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button