Dadaşovun komandasından “Sürix”lə heç-heçə

Futbol üzrə İsveçrə çempionatında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Sürix”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Millimizin hücumçusu 53-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Qrasshopper” 9 turdan sonra 13 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button