Dadaşov “Tondela”nı yarımfinala çıxardı

Futbol üzrə Portuqaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rio Ave” ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda 1:0 hesabıyla qalib gələn “Tondela” yarımfinala vəsiqə qazanıb.

Renat da bu görüşün iştirakçısı olub. Millimizin forvardı əlavə vaxtda – 95-ci dəqiqədə meydana buraxılıb. Dadaşov meydana çıxandan cəmi bir dəqiqə sonra fərqlənməklə komandasına qələbə gətirən qola imza atıb.