Dadaşov rəmzi komandada – FOTO

İsveçrə Super Liqasında 5-ci turun rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, “Qrasshopper”in hücumçusu Renat Dadaşov da ən yaxşılar arasında yerini alıb. Azərbaycan millisinin forvardı 7,3 balla rəmzi komandaya düşüb.

Renat Super Liqada üç qolla bombardirlər arasındadır.

Bizi Telegramda izləyin