Dadaşov İsveçrədə növbəti qola imza atdı – VİDEO

Futbol üzrə İsveçrə çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Syon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Renat da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının 63-cü dəqiqədə vurduğu ikinci qolun müəllifi də millimizin hücumçusu olub.

“Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button