Dadaşov debüt matçında məğlubiyyətə üzüldü

İsveçrənin “Qrasshoppers” klubu yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun yenicə transfer olunduğu bu komanda Almaniyanın 3-cü liqa təmsilçisi “Türkgücü Münhen”lə qarşılaşıb.

Renatın yeni komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Dadaşov bu görüşün 65-ci dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, “Qrasshoppers” Dadaşovu “Vulverhempton”dan 1 illik icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button