Azərbaycan millisinin məşqçi heyəti qovuldu, idmançıların maaşı azaldıldı – Tokiodakı uğursuzluğa görə

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.

İclasda federasiyanın Daimi Təftiş Komissiyasının sədri Ağayar Axundzadə, baş katib Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu iştirak edib.

Qərara alınıb ki, yeddi kişi cüdoçu ilə Tokiodakı Olimpiadada təmsil olunan və heç bir medal qazana bilməyən Azərbaycan millisinin məşqçilər heyəti bütünlüklə istefaya göndərilsin. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli komandadan qovulub.

Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının azaldılması barədə qərar verilib. (Oxu.az)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button