
“Çox üzgünük” – Türkiyə millisinin baş məşqçisi
Türkiyə millisi DÇ-2026-da Avstraliyaya 2:0 hesabı ilə uduzandan sonra “ay-ulduzlular”ın baş məşqçisi Vinçenzo Montella açıqlama verib.
Komanda.az xəbər verir ki, Montella oyunun gözlənildiyindən fərqli keçmədiyini deyib:
“Oyun taktiki olaraq gözlədiyimizdən fərqli keçmədi. İki qol buraxdıq, çox üzgünük. Komanda ruhunu meydana əks etdirdik, ürəklə oynadıq. Buna davam etsək, istədiyimiz nəticələri almağa başlayarıq. Növbəti oyunda daha yaxşısını edəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



