
ÇL: UEFA “Benfika”nın şikayətini təmin etmədi
UEFA “Real”ın futbolçusu Federiko Valverde ilə bağlı “Benfika” nümayəndələrinin etdiyi şikayəti təmin etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda (0:1) “Real”a qarşı keçirilən matçın 82-ci dəqiqəsində “Benfika”nın müdafiəçisi Samuel Dal Valverdenin zərbəsinə məruz qalıb. Epizoddan sonra futbolçu gicgahını tutaraq yerə yıxılıb. Buna baxmayaraq, uruqvaylı yarımmüdafiəçi insidentə görə heç bir cəza almayıb.
UEFA daha əvvəl “qartallar”ın digər futbolçusu Canluka Prestianni barədə də ilkin qərar çıxarmışdı. O, Vinisius Juniora qarşı səsləndirdiyi iddia olunan irqçi ifadələrə görə “ayrı-seçkilik davranış” maddəsi ilə minimum bir avrokubok oyununu buraxacaq.
Prestianni ilə bağlı yekun qərarın daha sonra açıqlanacağı bildirilir.
Bizi Facebook-da izləyin



