
“Real”ın MS ilə oyun üçün iştirak ərizəsi açıqlanıb
“Real” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında, səfərdə “Mançester Siti” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidməti bu matç üçün iştirak ərizəsini açıqlayıb. Siyahıda zədəyə görə son oyunları buraxan hücumçu Kilian Mbappe və Çud Bellingem də yer alıb.
“Real”ın oyun üçün tam heyəti belədir:
Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Fran Qonsales;
Müdafiəçilər: Dani Karvahal, David Alaba, Trent Aleksander-Arnold, Alvaro Karreras, Fran Qarsiya, Antonio Rüdiger, Din Heysen, Aquado, Rivas;
Yarımmüdafiəçilər: Çud Bellingem, Eduardo Kamavinqa, Federiko Valverde, Orelyen Tçuameni, Arda Gülər, Kestero, Angel, Palasios, Pitarç;
Hücumçular: Vinisius Junior, Kilian Mbappe, Qonsalo Qarsiya, Brahim Dias, Franko Mastantuono.
Komandalar arasında Madriddə keçirilən ilk oyun “Real”ın 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab matçı sabah saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin



