ÇL: “Qarabağ”ın müdafiəçisi ikincidir

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra “Qarabağ”ın qapıçısı Mateuş Koxalski turnirin ən çox seyv edən qolkiperləri arasındadır.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin qapıçısının 45 seyvi var və ümumilikdə dördüncü yerdədir. Bu isə “Brügge” ilə eyni göstəricidir. Norveçin “Budo Qlimt” (56) komandası liderlik edir, ardınca “Real” (53) və “Kayrat” (47) gəlir.

Bütün bu seyvləri edən Koxalski bu kateqoriyada üçüncü yerdədir. Onu “Budo Qlimt”in qapıçısı Nikita Haykin (56) və “Real”dan Tibo Kurtua (48) qabaqlayır.

“Qarabağ”ın müdafiəçisi Kevin Medina isə topu geri qazanma göstəricisinə görə (74) 2-ci yerə yüksəlib. Bu göstəricidə ən yaxşı “Atletik”nun müdafiəçisi Aytor Paredes (77), üçüncü isə “Atalanta”nın müdafiəçisi Odilon Kossunudur (73).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button