“Tottenhem”dən darmadağın, “Real”dan səfər qələbəsi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, bu mərhələnin ilk oyunları 2 həftəni əhatə edəcək. 1/8 mərhələsindən etibarən, oyunlarda videotəkrar (VAR) sistemindən istifadə olunmağa başlayıb.

İlk oyun günündə iki qarşılaşma keçirilib. Günün maraqla gözlənilən oyunu İngiltərədə təşkil olunib. “Mançester Yunayted” PSJ ilə üz-üzə gəlib. Paris təmsilçisinin hücumçusu Neymar bu qarşılaşmada iştirak edə bilməyib. Zədəli futbolçunun cavab matçında da olmayacağı gözlənilir. Buna baxmayaraq, qonaqlar bu görüşdə qələbə qazanıblar.

Günün digər qarşılaşması isə İtaliyada keçirilib. “Roma” Portuqaliyanın “Portu” klubuyla qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.

1/8 finalın ilk oyunlar çərçivəsindəki iki görüşü bu gün olub. Turnirin son qalibi “Real” Hollandiya “Ayaks”ı ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda madridlilər qələbəni bayram ediblər.

Digər qarşılaşmada isə “Tottenhem” öz meydanında Dortmund “Borussiya”sıyla üz-üzə gəlib. Bu oyunda isə İngiltərə təmsilçisi rəqibinə böyük hesabla qalib gəlib.

Növbəti 4 oyun isə fevralın 19-20-də baş tutacaq.

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar

12 fevral

Roma (İtaliya) – Portu (Portuqaliya) 2:1
Qol: Zaniolo, 70; 76 – A.Lopes, 79.

Mançester Yunayted (İngiltərə) – PSJ (Fransa) 0:2
Qol: Kimpembe, 53. Mbappe, 60.

13 fevral

Tottenhem (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) 3:0
Qol: S.M.Son, 47. Vertongen, 83. Lyorente, 86.

Ayaks (Hollandiya) – Real (İspaniya) 1:2
Qol: Ziyex, 75 – Benzema, 60. Asensio, 87.