ÇL: Mahirli “Legiya” Estoniya klubuna qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” komandasının heyətində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, onun formasını geyindiyi komanda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Estoniya “Flora”sı ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı qarşılaşma Polşa çempionunun çətin qələbəsiylə yekunlaşıb – 2:1. Mahir bu oyuna start heyətdə başlayıb və 56-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Legiya”nın “Flora” ilə cavab qarşılaşması iyulun 27-də baş tutacaq.