
ÇL: “Son nəticə iki oyunda göstərdiyimiz performansı tam əks etdirmir”
“Nyukasl”ın baş məşqçisi Eddi Hou UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra açıqlama verib. Onun komandası dünən səfərdə “Barselona”ya 2:7 hesabı ilə məğlub olub. İngiltərədəki ilk oyunda isə nəticə 1:1 olmuşdu.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı, müdafiədə adət etdikləri səviyyədə çıxış edə bilmədikləri üçün məyus olub:
“Ən böyük məyusluq odur ki, müdafiədə adət etdiyimiz səviyyədə çıxış edə bilmədik. Hesab edirəm ki, fasilədən əvvəl baş verən (Lamin Yamalın penalti qolu) hadisədən sonra psixoloji olaraq bərpa ola bilmədik.
Son nəticə iki oyunda göstərdiyimiz performansı və oyunçularla azarkeşlərin yaşadığı duyğuları tam əks etdirmir. Çempionlar Liqası daim iştirak etmək istədiyimiz yarışdır. Bizim azarkeşlər əla idilər, oyunçularla onlar arasında həqiqi birlik hiss olunurdu”.
Bizi Facebook-da izləyin



