ÇL: “Bilirdik ki, rəqibin səhvlərindən necə maksimum yararlana bilərik”

“Atletiko”nun hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Tottenhem” üzərindəki qələbədən (5:2) sonra fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, argentinalı futbolçu yaxşı üstünlük əldə etdiklərini bildirib:

“Biz bilirdik ki, rəqibin səhvlərindən necə maksimum yararlana bilərik. Yaxşı üstünlük əldə etdik və cavab oyununa üç top fərqi ilə yollanacağıq”.

O, həmçinin, özünün ikinci qolunu da şərh edib:

“Əvvəlcə Yan Oblak (“Atletiko”nun qapıçısı) əla seyv etdi, sonra Antuan Qrizmannın sehrli toxunuşu gəldi. Müdafiəçi mənə irəliləmək üçün boşluq buraxdı və mən hücumu yaxşı tamamladım”.

Cavab matçı martın 18-də Londonda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button