
ÇL: Slotdan PSJ ilə oyunlar haqda açıqlama
“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ-yə qarşı keçiriləcək oyunlardan əvvəl fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis ötən mövsüm iki komanda arasında baş tutan qarşılaşmaları yenidən izlədiyini və hər ikisinin maraqlı olduğunu bildirib:
“Bildiyimiz kimi, keçən mövsüm PSJ ilə 1/8 finalda qarşılaşmışdıq, indi isə 1/4 finaldayıq. Hər iki oyun izləmək baxımından çox maraqlı idi. Mən hər ikisini yenidən izlədim – “Enfild”dəki oyun mənə Parisdəki matçdan bir az daha çox xoş gəldi. Baxmayaraq ki, biz Parisdə qalib gəlib, evdə uduzmuşduq”.
“Liverpul” ötən mövsüm evdə PSJ-yə 0:1 hesabı ilə uduzub, səfərdə isə əksinə, 1:0 qalib gəlib. Penaltilər seriyasında isə parislilər daha dəqiq olub – 4:1.
Bizi Facebook-da izləyin



