“Karyeramı “Çelsi”də bitirməyi xəyal edirəm”

Çinin “Şanxay Şenxua” klubunda çıxış edən Oskar açıqlama verib.

Komanda.az xəbər verir ki, “talkSPORT” portalına danışan braziliyalı yarımmüdafiəçi, karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb:

“Düşünürəm ki, karyeramı “Çelsi”də bitirəcəm. Orda yaxşı vaxtlarım olub. Bu klub mənim böyüməyim və Çempionlar Liqası xəyalımı reallaşdırmağıma çox kömək edib. “Çelsi”də çıxış edən zaman İngiltərə çempionluğu qazandım, dünya çempionatında mübarizə apardım. Bu klubda çoxlu dostlarım var. Karyeramı “Çelsi”də bitirməyi xəyal edirəm”.

Oskar 2012-2017-ci illərdə “Çelsi”də çıxış edib. Yarımmüdafiəçi 2017-ci ildən “Şanxay Şenxua”dadır.